Bizim komandaya qoşulmaq sizə nə qatacaq?
- Kənd təsərrüfatının müasir istiqamətləri ilə yaxından tanış olacaqsınız və təbii istehsal proseslərinin mərkəzində olacaqsınız.
- Zeytun və zeytun yağı istehsalının sirrlərini öyrənəcək, məhsulun ağacdan süfrəyə qədər olan səyahətinin bir parçası olacaqsınız.
- Peşəkar inkişaf üçün real imkanlar əldə edəcək, təcrübəli mütəxəssislərlə birgə çalışaraq biliklərinizi praktik sahədə tətbiq edəcəksiniz.
- Komanda ruhu və qarşılıqlı dəstəyin üstünlük təşkil etdiyi mühitdə işləyəcək, öz töhfənizlə GrandAgro-nun uğur hekayəsinə adınızı yazacaqsınız.