İstehsal, emal, brendləşmə və ixrac mərhələlərinin hər birində keyfiyyət, şəffaflıq və davamlılıq prinsiplərinə əsaslanaraq müasir aqro-qida həlləri təqdim etmək.
tarixçəsi
Grand Agro - Azərbaycan və beynəlxalq aqro–qida sektorunda fəaliyyət göstərən, ona inteqrasiya olunmuş istehsal və brendləşmə ekosisteminə malik şirkətdir. Fəaliyyəti kənd təsərrüfatı, emal, qablaşdırma və ixrac mərhələlərini əhatə edir. Şirkət innovasiya, keyfiyyət və davamlılıq prinsipləri əsasında yerli resurslardan beynəlxalq standartlara uyğun məhsullar yaradır və Azərbaycan agro-qida brendlərini qlobal bazarlarda möhkəmləndirməyi hədəfləyir.
Grand Agro şirkəti təsis edildi və Azərbaycanın müxtəlif bölgələrində baxımsız qalmış zeytun bağlarının bərpasına başlanıldı. Müasir aqrar yanaşmanın tətbiqi ilə zeytunçuluğun inkişafı prioritet istiqamət kimi müəyyən edildi.
Premium zeytun yağı brendi OLIVEA yaradıldı. Şirkət tərəfindən müasir aqrotexnologiyalar, damcı suvarma sistemləri və innovativ bağ idarəetmə metodları tətbiq olundu. Emal və istehsal infrastrukturu formalaşdırıldı, tam istehsal zənciri modeli quruldu.
Brend qısa müddətdə beynəlxalq bazarlara çıxış əldə etdi və məhsullar ilk dəfə Rusiya, Belarus və Sinqapura ixrac olunmağa başladı.
İxrac coğrafiyası əhəmiyyətli dərəcədə genişləndirildi. OLIVEA məhsulları İspaniya, Türkiyə, Rusiya, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarına daxil oldu. Brend beynəlxalq arenada mövqeyini gücləndirməyə başladı.
İsrail bazarına ixrac həyata keçirildi. OLIVEA beynəlxalq keyfiyyət platformalarında uğurla təmsil olunaraq qlobal mövqeyini daha da möhkəmləndirdi.
Şirkət beynəlxalq layihələrə qoşularaq ixrac strategiyasını genişləndirdi və qlobal tərəfdaşlıqlarını artırdı. OLIVEA brendi London və Kanadada keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdə ilk dəfə qızıl medallara layiq görüldü. Eyni zamanda, brend Azərbaycanın ilk Zeytun Festivalında iştirak edərək yerli zeytunçuluq mədəniyyətinin təşviqində fəal rol oynadı.

İnnovasiya və davamlı inkişaf əsasında Azərbaycanın aqro-qida sektorunda lider ekosistem qurmaq və yerli istehsalı qlobal bazarlarda yüksək keyfiyyət standartlarının simvoluna çevirmək.