“Grand Agro” şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi “Olivea Extra Virgin Olive oil” 2024-cü ilin iyun ayında Londonda keçirilən məhsulu nüfuzlu London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsində gümüş layiq görülüb.
Bu müsabiqə, zeytun yağı istehsalçıları üçün dünya səviyyəsində nüfuzlu bir platforma sayılır və hər il bir çox ölkədən ən yaxşı zeytun yağı markaları buraya qatılır. "Olivea" zeytun yağı, müsabiqə çərçivəsində təşkil olunan dadma və keyfiyyət yoxlamalarından keçərək, tərkibindəki yüksək keyfiyyətli yağ turşuları, unikal aroma və zəngin ləzzəti ilə diqqət çəkib.
Belə bir mötəbər beynəlxalq müsabiqədə qazanılan gümüş medal “Olivea Extra Virgin Olive oil” məhsulumuzun ən yüksək keyfiyyət standartlarına cavab verdiyini təsdiq edir. Bu uğur “Grand Agro” şirkətinin nüfuzunu yüksəltməklə yanaşı, həm də Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalçısı kimi potensialımızı bir daha əyani şəkildə nümayiş etdirdiyimiz üçün qürür duyuruq.
Münsiflər heyəti, məhsulun təmizliyi, dad keyfiyyətləri və zeytun yağının çıxarılması prosesindəki şəffaflığı yüksək qiymətləndirib. "Olivea" zeytun yağının bu qələbəsi, markanın beynəlxalq bazarda tanınmasını təmin etməklə yanaşı, həm də onun keyfiyyətinin təsdiqi kimi qəbul edilib. Ölkəmizdə istehsal olunan "Olivea Extra Virgin Olive oil" zeytun yağı, bu uğuru ilə ölkə zeytunçuluğunun dünya səviyyəsində də diqqətə layiq olduğunu bir daha sübut edib.
Bu uğur, "Olivea" markasının beynəlxalq səviyyədə rəqabət aparma potensialını göstərməklə yanaşı, Azərbaycan məhsullarının qlobal bazarda nüfuzunu daha da artırmağa kömək edəcəkdir.