image

Zeytun ta qədimdən insanların qidalanmasına daxildir.

Bizim eramızdan əvvəl zeytundan yağ hazırlanırdı, zeytun qidada istifadə olunurdu. Dahi həkim Avisenna zeytunu "hər dərdin dərmanı" sayırdı. Qədim yunanlar zeytun yağını "duru qızıl" adlandırırdılar.

Zeytun çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa-6 yağlı turşular, orqanik turşular, zülallar, qida lifləri, C, PP, E, A, K, B qrupu vitaminləri, beta-karotin, fosfor, dəmir, kalium, maqnezium, mis, kalsium, sink və s. minerallar var.

Omeqa-6 yağlı turşular urək-damar və beyin üçün olduqca...Zeytunun bir-neçə növü var. Onun yarpaqlarının rəngi növündən asılı olaraq dəyişir. Növündən asılı olaraq zeytun yarpaqları yaşıl, boz-yaşıl,qara, və tünd-bənövşəyi olur. Zeytunun meyvələri ağac çiçəklədikdən 4-5 ay sonra formalaşır. Ağac aprel ayından çiçəklənməyə başlayır və mayın sonuna qədər çiçəklənmə davam edə bilir. Zeytun ağacı 20 il bar vermək qabiliyyətinə malikdir. Zeytun ağaclarının əksəriyyəti növbələşmə ilə bar verir.