“Grand-Agro” süfrəlik zeytun və zeytun yağı istehsalı kompleksinin inşasına başlayır
“Türkan qəsəbəsi yaxınlığında 7.99 hektar tikinti altı sahə olmaqla ümumilikdə 12.4 hektar ərazini əhatə edən Zeytun Emalı Kompleksi-nin istismara verilməsi 2021-ci ildə nəzərdə tutulmuş və əhalinin yüksək keyfiyyətli və sağlamlıq rəmzi olan zeytun məhsulları ilə təmin olunmasını məqsəd olaraq qoymuşdur. Zeytun Emalı Zavodu layihəsi çərçivəsində emal prosesi zəncirinin tam qapalı edilməsi prinsipi əsas götürülməklə tullantıların emalını həyata keçirmək, yan sahələrin, xüsusilə zeytun tərkibli kosmetik vasitələrin, orqanik gübrələrin istehsalına əsaslı dəstək veriləcəkdir”.