Şirkət haqqında

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.


Əsas nailiyyətlərimiz isə bunlardır:

1. 2019-cu ildə 8 ədəd nasosxana binası inşa edilmişdir

2. 1707 hektarda  müasir damlama-suvarma sistemləri qurulmuşdur

3. 2018-ci ildə 37 hektarda 14562 ədəd badam tingləri əkilmişdir

4. 2019-cu ildə ümumilikdə 527 hektarda 446 550 ədəd zeytun tingləri və 6000 ədəd badam tingləri əkilmişdir

5. Zeytun emalı zavodu üzrə layihələndirmə işləri artıq tamamlanma mərhələsindədir


about-thumb