Şirkət haqqında
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əsas nailiyyətlərimiz isə bunlardır:
1. Şirkətimizin istehsal etdiyi Grand Agro Extra Virgin zeytun yağı London İnternational Olive Oil Competition müsabiqəsində bürünc medala layiq görülmüşdür
2. Şirkətimiz milyonuncu ağacın əkilməsini qeyd etmişdir
Zeytun sortlarımız:
Fransız
sortları: Aglandaou, Bouteillan, Cayon, Tanche, Picholine, Salonenque, Grossanne, Cailletier
İtalyan
sortları: Leccino, Frantoio, Carboncella, Moroiolo, Coratina, Canino, İtrana, Grignan, Casaliv, Pendolino, Maurino
İspan
sortları: Arbequina,
Arbosana, Picual
Yerli
və qarışıq sortlar:
Abşeron, Bakı
Badam sortlarımız:
Ferraduel, Ferragnes, Marta, Penta, Mardia, Soleta, Guara, Belona, Lauranne (Avijor)