Grand Agro MMC milyonuncu ağacını əkdi.

23 Jun 2021

Grand-Agro MMC 2017-ci ilin aprel ayından fəaliyyətə başlamışdır.  Müəssisənin əsas hədəfi Abşeron yarımadasında köhnə zeytun bağlarının bərpası , müasir bağçılıq konsepsiyalarını və texnologiyalarını tətbiq etməklə yeni yüksək məhsuldarlıqlı zeytun və badam bağlarının salınması və sektor üzrə regionda  qabaqcıl istehsalat müəssisəsini formalaşdırılmasıdır.
Bu hədəfimiz yolunda ölkəmizin kənd təsərrüfatı sahəsində həll edici rollardan birini oynayan Grand Agro MMC bugün  bir milyonuncu ağacının əkilməsini qeyd edir. Belə ki, Abşeron yarımadasında əkin həyata keçirdiyimiz 2500 ha yaxın ərazi yarımadanın ekoloji mühitinə müsbət təsirinin müstəsna əhəmiyyəti vardır.
Həmçinin qeyd etmək istərdik ki, Grand-Agro MMC-nin bağ sahələrində 24 sort zeytun və 9 sort badam əkilmişdir ki, zeytun sortlardan səkkizi Fransız, on biri İtalyan, üçü İspan, digərləri isə qarışıq Abşeron sortlarıdır.

slider-product
slider-product
slider-product
slider-product
slider-product
slider-product
slider-product