Grand Agro MMC-nin Bağların idarəedilməsi şöbəsinin əməkdaşları təlim keçdilər
Grand Agro MMC-nin Bağların idarəedilməsi şöbəsinin əməkdaşları üçün 23-24 sentyabr tarixlərində nəzəri və praktiki təlim keçdilər
Grand Agro MMC-nin Bağların idarəedilməsi şöbəsinin əməkdaşları üçün 23-24 sentyabr tarixlərində nəzəri və praktiki təlim keçdilər
Sortlar: Ferraduel, Ferragnes, Marta, Penta, Mardia, Soleta, Guara, Belona, Lauranne (Avijor)
Şirkətimizin istehsal etdiyi Grand Agro Extra Virgin zeytun yağı London İnternational Olive Oil Competition müsabiqəsində bürünc medala layiq görülmüşdür
Grand-Agro MMC 2017-ci ilin aprel ayından fəaliyyətə başlamışdır. Müəssisənin əsas hədəfi Abşeron yarımadasında köhnə zeytun bağlarının bərpası , müasir bağçılıq konsepsiyalarını və texnologiyalarını tətbiq etməklə yeni yüksək məhsuldarlıqlı zeytun və badam bağlarının salınması və sektor üzrə regionda qabaqcıl istehsalat müəssisəsini formalaşdırılmasıdır.
“Türkan qəsəbəsi yaxınlığında 7.99 hektar tikinti altı sahə olmaqla ümumilikdə 12.4 hektar ərazini əhatə edən Zeytun Emalı Kompleksi-nin istismara verilməsi 2021-ci ildə nəzərdə tutulmuş və əhalinin yüksək keyfiyyətli və sağlamlıq rəmzi olan zeytun məhsulları ilə təmin olunmasını məqsəd olaraq qoymuşdur. Zeytun Emalı Zavodu layihəsi çərçivəsində emal prosesi zəncirinin tam qapalı edilməsi prinsipi əsas götürülməklə tullantıların emalını həyata keçirmək, yan sahələrin, xüsusilə zeytun tərkibli kosmetik vasitələrin, orqanik gübrələrin istehsalına əsaslı dəstək veriləcəkdir”.
Azərbaycanda zeytunçuluğun inkişafını, ölkəmizin və həmçinin regionun keyfiyyətli zeytun məsullarına ehtiyacını təmin etməyi qarşısında məqsəd olaraq qoymuş Grand-Agro MMC 2017-ci ildə təsis edilmiş, qısa zamanda ölkəmizdə ilklərə imza atmışdır. Belə ki, şirkətin istifadəsinə verilmiş 3000 hektara yaxın ərazidə böyük həcmli əkinləri həyata keçirmək üçün sahələr məişət və sənaye tullantılarından, eləcə də plantaj şumlama aparmaqla daş, qayalıqlardan əsaslı şəkildə təmizlənmişdir.