Haqqımızda

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əsas nailiyyətlərimiz isə bunlardır:

1. Şirkətimizin istehsal etdiyi Grand Agro Extra Virgin zeytun yağı London İnternational Olive Oil Competition müsabiqəsində bürünc medala layiq görülmüşdür

2. Şirkətimiz milyonuncu ağacın əkilməsini qeyd etmişdir


Zeytun sortlarımız:
Fransız sortları: Aglandaou, Bouteillan, Cayon, Tanche, Picholine, Salonenque, Grossanne, Cailletier

İtalyan sortları: Leccino, Frantoio, Carboncella, Moroiolo, Coratina, Canino, İtrana, Grignan, Casaliv, Pendolino, Maurino

İspan sortları: Arbequina, Arbosana, Picual

Yerli və qarışıq sortlar: Abşeron, Bakı


Badam sortlarımız: 
Ferraduel, Ferragnes, Marta, Penta, Mardia, Soleta, Guara, Belona, Lauranne (Avijor)



Zeytunun faydaları

Zeytun ta qədimdən insanların qidalanmasına daxildir. Bizim eramızda çox-çox əvvəl zeytundan yağ hazırlanırdı, zeytun qidada istifadə olunurdu. Dahi həkim Avisenna zeytunu "hər dərdin dərmanı" sayırdı. Qədim yunanlar zeytun yağını "duru qızıl" adlandırırdılar. Zeytun çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa-6 yağlı turşular, orqanik turşular, zülallar, qida lifləri, C, PP, E, A, K, B qrupu vitaminləri, beta-karotin, fosfor, dəmir, kalium, maqnezium, mis, kalsium, sink və s. minerallar var.

blog
Grand-Agro MMC artıq badam yığımına başladı.

Sortlar: Ferraduel, Ferragnes, Marta, Penta, Mardia, Soleta, Guara, Belona, Lauranne (Avijor)

blog
Grand Agro Extra Virgin yağı mükafata layıq görülmüşdür

Şirkətimizin istehsal etdiyi Grand Agro Extra Virgin zeytun yağı London İnternational Olive Oil Competition müsabiqəsində bürünc medala layiq görülmüşdür

blog
Grand Agro MMC milyonuncu ağacını əkdi.

Grand-Agro MMC 2017-ci ilin aprel ayından fəaliyyətə başlamışdır. Müəssisənin əsas hədəfi Abşeron yarımadasında köhnə zeytun bağlarının bərpası , müasir bağçılıq konsepsiyalarını və texnologiyalarını tətbiq etməklə yeni yüksək məhsuldarlıqlı zeytun və badam bağlarının salınması və sektor üzrə regionda qabaqcıl istehsalat müəssisəsini formalaşdırılmasıdır.